“Kovaç özünü böyük təzyiqdən xilas etdi” – Klub prezidenti

Almaniyanın “Bavariya” klubunun prezidenti Uli Höness komandanın keçmiş baş məşqçisi ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, Niko Kovaçın bu postdan ayrılması ilə bağlı danışıb:

“Kovaçla yaxşı münasibətimiz var. Onunla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Biz onunla telefonla danışırıq, hər şey yaxşıdır. Kovaç özünü böyük təzyiqdən xilas etdi.

Baş məşqçi ilə bağlı gələcəkdə nə olacağını hazırda deyə bilmərəm. Bu məsələ üzərində bir neçə həftə çalışmalıyıq. Çempionlar Liqasında “Olimpiakos”, Bundesliqada “Borussiya” (Dortmund) ilə oyunlara sakit hazırlaşacağıq. Düşünürəm ki, “Fortuna” ilə keçiriləcək səfər oyunundan əvvəl baş məşqçi ilə bağlı sualı cavablandıra biləcəyik”.