Koutinyonun “Barselona”dakı taleyi müəyyənləşdi

İspaniyanın “Barselona” klubunun futbolçusu Filippe Koutinyonun komandadakı gələcəyi müəyyənləşib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Kataloniya klubundan ayrılmayacaq. Hazırda icarə əsasında “Bavariya”da çıxış edən futbolçu, cari mövsümün sonunda “Barselona”ya qayıdacaq. Katalonlar futbolçunu satmaq istəsələr də, real təklifin olmaması Koutinyonun komandada qalmasına səbəb olub. Koutinyo gələn mövsümün yayınadək “Barselona”da qalacaq.

“Barselona” Koutinyonun transfer qiymətini 80 milyon avro olaraq müəyyənləşdirib.

Yarımmüdafiəçinin klubla müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button