“Koutinyonu satmaq çox çətin qərar oldu” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp sabiq futbolçusu Filippe Koutinyo ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, Koutinyonun 2018-ci ildə “Barselona”ya transfer olunması haqqında danışıb:

“İlk saniyədən etibarən onun transferinə hörmətlə yanaşdım. Koutinyonun transferinin bizim üçün çətin olacağını hiss etmişdim. Bizim başqa seçimimiz yox idi, çünki Adam Lallananı da zədə səbəbilə itirmişdik. O, komandada qala da bilərdi, lakin biz ədalətli davranmalı idik. Belə də etdik, bunu istəmirdik, amma Koutinyonun transferinə razı olduq. Futbol belə olmalıdır. Klubun həmin vaxt göstərdiyi əsas məsələ bu idi.

Koutinyonu satmaq çox çətin qərar oldu. O, uzun zaman idi ki, bizimlə idi. Ona çox hörmət edirik və onun üçün ən yaxşısını arzulayırıq”.

Koutinyo 2013-2018-ci illərdə “Liverpul”un şərəfini qoruyub.