Koutinyo dubl etdi, Braziliya Amerika Kubokuna qələbə ilə start verdi

Amerika Kuboku-2019 turnirinə start verilib.

Komanda.az xəbər verir ki, San-Paulu şəhərinin “Morumbi” stadionunda keçirilən açılış matçında, A qrupunda yer alan Braziliya millisi Boliviyanı 3:0 hesabı ilə məğlub edib. “Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyo dubl edib. Digər qolu isə “Qremio” klubunun forvardı Everton öz adına yazdırıb.

A qrupunun digər oyununda bu gün Venesuela ilə Peru milliləri qarşılaşacaq.

Amerika Kuboku-2019

Braziliya – Boliviya 3:0

Qol: Koutinyo, 50-pen; 53. Everton, 85.