Koutinyo “Barselona”dan ayrılacaq?

“Barselona”nın futbolçusu Filippe Koutinyo gələcək karyerasıyla bağlı danışıb.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən braziliyalı futbolçu, son qərarını mövsümün sonunda verəcəyini deyib:

“Soz zamanlarda çox az oynayıram. Bura əlimdən nə gəlirsə, etmək üçün gəlmişəm. Gələcəyimlə bağlı qərarımı mövsümün sonunda verəcəm”.

“Barselona” ilə 2023-cü ilin yayına qədər müqaviləsi olan Koutinyo, bu mövsüm 40 oyunda iştirak edərək, 9 qol vurub. 26 yaşlı oyunçuyla “Mançester Yunayted” yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button