Koronavirusa görə 100 milyon avro itiriblər!

Koronavirus səbəbiylə İspaniyanın “Atletiko” klubuna dəyən zərər açıqlanıb.

Komanda.az “Marca”ya istinadən xəbər verir ki, klub son bir neçə həftə ərzində 100 milyon avro itirib. Bu məbləğ klub büdcəsinin 20 faizidir. Çempionatların dayandırılması səbəbiylə “hindular”ın bilet satışından itirdiyi məbləğ 15 milyon avro olub.

Klubun bütün itkiləri tam olaraq futbol bərpa olunduqdan sonra müəyyənləşəcək.