Koronavirusa yoluxan sabiq futbolçu evə buraxıldı

Koronavirus pandemiyasına yoluxan Türkiyə millisinin sabiq qapıçısı Rüştü Recber evə buraxılıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu müalicəsinin 10-cu günündə evə buraxılıb. O, müalicəsini evində davam etdirəcək.

Türkiyə millisində 120-dən çox oyun keçirmiş Rüştü, karyerası ərzində “Antalyaspor”, “Fənərbaxça”, “Beşiktaş” kimi klubların şərəfini qoruyub. 46 yaşlı sabiq qolkiper bir müddət İspaniya nəhəngi “Barselona”da da forma geyinib.