Fatih Terimin koronavirus testinin nəticəsi açıqlandı

Koronavirusa yoluxan “Qalatasaray”ın baş məşqçisi Fatih Terim sağalıb.

Komanda.az xəbər verir ki, 66 yaşlı mütəxəssisin son koronavirus testi mənfi çıxıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Martın 23-də koronavirusa yoluxduğu aşkarlanan Fatih Terim, martın 30-da verdiyi testin nəticəsi müsbət çıxsa da, ev karantininə göndərilmişdi.