Koronavirusa yoluxan azərbaycanlı hakim sağaldı

Türkiyədə Karabük Həvəskar Liqasında futbol hakimi kimi fəaliyyət göstərən azərbaycanlı İsa Məmmədovun koronavirus pandemiyasına yoluxduğunu xəbər vermişdik.

Komanda.az xəbər verir ki, gənc hakim koronavirusa qalib gəlib. Bu barədə Türkiyənin “İhlas” agentliyi məlumat yayıb.

Referinin sağalaraq, müalicə oldunduğu xəstəxanadan evə buraxıldığı bildirilir. Məsələylə bağlı Türkiyə Fəal Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyinin (TFFHGD) sədri Taner Tuncər açıqlama verib:

“Hakim dostumuzun koronavirusa qalib gəldiyini eşitmək çox gözəldir. Sağaldığını eşitdikdən sonra onu zəng etdik. O, son iki testin də neqativ nəticələnməsindən sonra xəstəxanadan buraxılıb. Evdə keçirəcəyi 14 gündən sonra hər şey bitəcək”.