Bundesliqanın başlama vaxtı açıqlandı

Koronavirusa görə dayandırılmış Almaniya Bundesliqası mayın 15-dən yenidən davam etdiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə “Deutche Welle” nəşri məlumat yayıb. Xəbərdə, Bundesliqanın mayın 15-dən start götürəcəyi bildirilib. Oyunların qrafiki isə daha sonra açıqlanacaq. Bundesliqada qalan oyunlar koronavirus pandemiyasına görə azarkeşsiz keçiriləcək.

Dünən Almaniyada koronavirusa görə karantin rejimi yenidən uzadılsa da, bunlar futbola şamil edilməyəcək.

Virusa görə Almaniya Bundesliqası martın 13-dən dayandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button