“Bayer”dən darmadağın

Koronavirusa görə martdan dayandırılan Almaniya Bundesliqası yenidən davam etdirilir.

Komanda.az xəbər verir ki, 26-cı turun oyunları çərçivəsində ilk gün 6 qarşılaşma keçirilib. Dortmundun “Borussiya” klubu doğma meydanda “Şalke”ni qəbul edib. Rur derbisində meydan sahibləri 4 cavabsız qola seviniblər. Münhenqladbax “Borussiya”sı isə səfərdə “Ayntraxt”dan üstün olub. “Volfsburq” səfərdə “Auqsburq”u məğlub edib. “Herta” da “Hoffenhaym”a böyük hesabla qalib gəlib. “Fortuna” – “Paderborn” matçında qapılara qol vurulmayıb. “Leyptsiq” isə “Frayburq”u sınağa çəkib və xal itkisi ilə üzləşib.

Münhen “Bavariya”sı bu tur çərçivəsində Berlin səfərində “Yunion”la qarşılaşıb. Münhenlilər səfərdən inamlı qələbə ilə qayıdıblar. Dörd qolun qeydə alındığı “Köln” – “Maynts” matçında isə qalib müəyyənləşməyib.

Turun son matçında “Verder”lə “Bayer” üz-üzə gəlib. Beş qolun qeydə alındığı matçda qonaqlar darmadağına seviniblər.

Almaniya Bundesliqasının oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.

Almaniya Bundesliqası, 26-cı tur

16 may

Auqsburq – Volfsburq 1:2
Qol
: Yedvay, 54 – Steffen, 43. Ginçek, 90+1.

Borussiya D – Şalke 4:0
Qol
: Haland, 29. Gerrero, 45; 63. Hazard, 48.

Fortuna – Paderborn 0:0

Hoffenhaym – Herta 0:3
Qol
: Akpoquma, 58-öz qapısına. İbişeviç, 60. Kunya, 74.

Leyptsiq – Frayburq 1:1
Qol
: Poulsen, 77 – Gulde, 34.

Ayntraxt F – Borussiya M 1:3
Qol
: A.Silva, 81 – Plea, 1. Turam, 7. Bensebaini, 72-pen.

17 may

Köln – Maynts 2:2
Qol
: Ut, 6. Kaynts, 53 – Avoniyi, 61. Malonq, 72.

Yunion – Bavariya 0:2
Qol
: Levandovski, 40-pen. Pavard, 80.

18 may

Verder – Bayer 1:4
Qol
: Selassi, 30 – Haverts, 28; 33. Vayzer, 61. Demirbay, 78.

Bombardir: Robert Levandovski (Bavariya) – 26 qol.