İngiltərə kubokunun da başlayacağı vaxt bilindi

Koronavirusa görə dayandırılan İngiltərə kubokunun yeni təqvimi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Kubokun 1/4 final mərhələsinin oyunları 27-28 iyunda, yarımfinal matçları isə 11-12 iyulda keçiriləcək. İngiltərə kubokunun final matçı isə avqustun 1-də olacaq.

İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.

İngiltərə kuboku, 1/4 final mərhələsinin cütləri

Lester – Çelsi
Nyukasl – Mançester Siti
Şeffild Yunayted – Arsenal
Norviç – Mançester Yunayted