A Seriyasının bərpası üçün iki tarix

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyasının bərpa vaxtı qeyri-müəyyən olaraq qalır.

Komanda.az xəbər verir ki, İtaliyanın gənclər və idman naziri Vinçentso Spadafora yerli mətbuata açıqlamasında, A Seriyasının iyunun 13-də, ya da 20-də başlayacağını bildirib:

“A Seriyasının bərpa tarixi üçün iyunun 13-ü və 20-si tarixləri üzərində fikirləşirik. Mövsümün bərpası üçün protokol hazırdır. Məşqlər üçün də razılıq vermişik. Cümə axşamı iclas olacaq və çempionatı nə zaman davam etdirəcəyimizlə bağlı qərar verəcəyik”.