Futbolçuların koronavirusa yoluxma statistikası açıqlandı – A Seriyasında

Koronavirus pandemiyası zamanı İtaliya A Seriyasında çıxış edən futbolçuların virusa yoluxma statistikası açıqlanıb.

Komanda.az xəbər verir ki, ümumilikdə çempionatda 163 futbolçuda koronavirus aşkarlanıb. Bu barədə “Sky Sport İtalia” nəşri məlumat yayıb.

A Seriyasında ən çox virusa yoluxma “Cenoa” klubunun payına düşür. “Cenoa”da 18 futbolçuda virus aşkarlanıb. Hazırda çempionatın lideri olan “İnter”də 10, “Milan”da 14, “Yuventus”da 9, “Napoli”də 7, “Roma”da isə 14 futbolçuda koronavirus aşkarlanıb.