La Liqanın bərpa tarixi açıqlandı

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İspaniya La Liqasının bərpa tarixi açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas yerli mətbuata açıqlamasında deyib. Tebas, çempionatın iyunun 11-də başlayacağını bildirib:

“Çempionatın iyunun 11-də başlamasını planlaşdırırıq. Məqsədimiz növbəti həftə ilk dörd turun oyun cədvəlini açıqlamaqdır. Ümid edirəm ki, La Liqanın başlayacağı tarix təsdiqlənər. İlk oyun “Sevilya” – “Betis” matçı olacaq”.

Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes La Liqanın iyunun 8-də bərpa oluna biləcəyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button