Koronavirus Millətlər Liqasına da təsir etdi: 1 oyun təxirə salındı

UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində keçirilməli olan Çexiya – Şotlandiya oyunu təxirə salınıb.

Komanda.az xəbər verir ki, matç koronavirus səbəbiylə təxirə salınıb. Çexiyada koronavirusla bağlı vəziyyət qənaətbəxş olmadığı üçün belə addım atılıb. Məsələylə bağlı Çexiya Futbol Federasiyası UEFA-ya müraciət edib.

Oyunun yeni tarixi məlum deyil.

Çexiya – Şotlandiya oyunu sentyabrın 7-də keçirilməli idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button