“Qarabağ” da məşqləri dayandırdı

Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədiylə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Komanda.az xəbər verir ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədiylə “Qarabağ”ın Futbol Akademiyasında bütün komandaların məşqləri martın 10-dək ləğv olunub.

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 10-dək təxirə salınıb.

Bundan əvvəl “Zirə” və “Neftçi” klublarının futbol akademiyalarında bütün komandaların məşqləri dayandırılmışdı.