AFFA rəsmisinə növbəti beynəlxalq təyinat

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva növbəti beynəlxalq oyuna təyinat alıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində, oktyabrın 13-də Kiyevdə keçiriləcək Ukrayna – İspaniya qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehtiyeva olacaq.