Konte Qvardiolayla razıdır

“Tottenhem”in baş məşqçisi Antonio Konte klubun yay transfer dövrü üçün planlarından danışıb.

Komanda.az “Football.London”-a istinadən xəbər verir ki, Konte, güclənmək üçün ən yaxşı futbolçulara ehtiyac olduğunu bildirib:

“Böyük investisiyalar etmək vacibdir, çünki komandanı qələbəyə aparan ən yaxşı oyunçulardır. Yüksək səviyyəli komanda güclənmək üçün çox pul xərcləyirsə, aşağı səviyyəli komanda rəqabətə davamlı olmaq üçün nə qədər pul xərcləməlidir?

Mən Pep Qvardiolanın futbolda təkcə pulun vacib olmadığı fikriylə razıyam. Ancaq eyni zamanda, komandanızın səviyyəsini və keyfiyyətini yüksəltmək üçün pul lazımdır. Bu, təkcə mənim komandam üçün deyil, ümumi mesajdır”.

“Tottenhem” Premyer Liqanın 35 turundan sonra turnir cədvəlində 5-ci yerdədir.