Konte ondan narazıdır – “İnter”dən göndərilə bilər

“İnter”in futbolçusu Kristian Eriksen komandadan ayrıla bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”nın baş məşqçisi Antonio Konte 28 yaşlı futbolçudan razı deyil. Eriksenin kifayət qədər çalışmadığını düşünən Konte, onu gələcək planlarına daxil etmir. “İnter” rəhbərliyi Eriksen üçün təklifləri dəyərləndirməyə hazır olsa da, hələ ki, heç bir klub onun üçün müraciət etməyib.

“İnter”in “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kanteni transfer etmək istədiyi bildirilir.

Bu ilin qışında “Tottenhem”dən “İnter”ə keçən Eriksen Milan klubu ilə 2024-cü ilədək nəzərdə tutulan müqavilə imzalayıb.