KONKAKAF “Gold Cup”da çempion bəlli oldu

ABŞ-da keçirilən KONKAKAF “Gold Cup” turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, final matçında Meksika ilə ABŞ milliləri üz-üzə gəlib. Qarşılaşma Meksikanın minimal hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 76-cı dəqiqədə Conatan Dos Santos vurub.

Meksika millisi bununla da 8-ci dəfə KONKAKAF “Gold Cup” turnirinin qalibi olub.

KONKAKAF “Gold Cup”, final

8 iyul

Meksika – ABŞ 1:0
Qol:
76, Dos Santos.