Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

Komanda.az xəbər verir ki, bu ada Fransanın “Renn” klubunun hücumçusu Qaetan Labord layiq görülüb.

O, ötən gecə Niderlandın “Vitess” komandası ilə 3:3 hesablı heç-heçə etdikləri oyunda het-trikə imza atıb.

Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına “Feyenoord”dan (Niderland) Siril Dessers, “Roma”dan (İtaliya) Nikolo Zanolo və “Bazel”dən (İsveçrə) Paytim Kasami də namizəd idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button