Konfrans Liqası: “Konyaspor” da dayandı, “Başakşəhər” pley-offda

Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu oyun günündə daha 29 qarşılaşma baş tutub.

Azərbaycan təmsilçisi “Neftçi” ilk oyunda 2:1 hesabıyla qalib gəldiyi Avstriyanın “Rapid” komandasına səfərdə 2 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb. Bu cütün potensial rəqibi olan “Konyaspor” – “Vaduts” duelində isə Lixtenşteyn təmsilçisi sevinən tərəf olub. Türkiyə klubu səfərdə 1:1 hesablı heç-heçə etdiyi bu rəqibə doğma meydanda 2:4 hesabıyla uduzub. Beləcə, pley-offda “Rapid”in rəqibi “Vaduts” olacaq.

Türkiyənin digər təmsilçisi “Başakşəhər” isə səfərdə 3:1 hesabıyla yendiyi İslandiya “Breydablik”ini doğma meydanda 3 cavabsız qolla məğlub edərək pley-offa yüksəlib.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

9 avqust

Qzira Yunayted (Malta) – Volfsberger (Avstriya) 0:4
İlk oyun – 0:0

B36 Torshavn (Farer adaları) – Viborq (Danimarka) 1:2
İlk oyun – 0:3

10 avqust

Vitoriya (Portuqaliya) – Hayduk (Xorvatiya) 1:0
İlk oyun – 1:3

11 avqust

Kızıljar (Qazaxıstan) – APOEL (Kipr) 0:0
İlk oyun – 0:1

Tobol (Qazaxıstan) – Zrinski (Bosniya və Herseqovina) 1:1
İlk oyun – 0:1

Rakuv (Polşa) – Spartak (Trnava, Slovakiya) 1:0
İlk oyun – 2:0

Bazel (İsveçrə) – Brondbü (Danimarka) 2:1 (penaltilər 3:1)
İlk oyun – 0:1

ÇFR Kluj (Rumıniya) – Şaxtyor (Soliqorsk, Belarus) 1:0
İlk oyun – 0:0

Yurqarden (İsveç) – Sepsi (Rumıniya) 3:1
İlk oyun – 3:1

Hapoel (Beer-Şeva, İsrail) – Luqano (İsveçrə) 3:1
İlk oyun – 2:0

Konyaspor (Türkiyə) – Vaduts (Lixtenşteyn) 2:4
İlk oyun – 1:1

Petrokub (Moldova) – Fehervar (Macarıstan) 1:2
İlk oyun – 0:5

Tvente (Niderland) – Çukariçki (Serbiya) 4:1
İlk oyun – 3:1

Antverpen (Belçika) – Lilleström (Norveç) 2:0
İlk oyun – 3:1

Styaua (Rumıniya) – Dunayska Streda (Slovakiya) 1:0
İlk oyun – 1:0

Panatinaikos (Yunanıstan) – Slaviya (Praqa, Çexiya) 1:1
İlk oyun – 0:2

Universitatya (Krayova, Rumıniya) – Zarya (Ukrayna) 3:0
İlk oyun – 0:1

Başakşəhər (Türkiyə) – Breydablik (İslandiya) 3:0
İlk oyun – 3:1

Anderlext (Belçika) – Payde (Estoniya) 3:0
İlk oyun – 2:0

Aris (Yunanıstan) – Makkabi (Təl-Əviv, İsrail) 2:1
İlk oyun – 0:2

Hibernians (Malta) – RFS (Latviya) 1:3
İlk oyun – 1:1

Klaksvik (Farer adaları) – Ballkani (Kosovo) 2:1 (penaltilər 3:4)
İlk oyun – 2:3

Levski (Bolqarıstan) – Hamrun Spartans (Malta) 1:2 (penaltilər 1:4)
İlk oyun – 1:0

Şkendiya (Şimali Makedoniya) – AİK (İsveç) 1:1 (penaltilər 2:3)
İlk oyun – 1:1

Slayqo Rovers (İrlandiya) – Vikinq (Norveç) 1:0
İlk oyun – 1:5

Lex (Polşa) – Vikinqur (İslandiya) 4:1
İlk oyun – 0:1

Rapid (Avstriya) – Neftçi (Azərbaycan) 2:0
İlk oyun – 1:2

Sent Patriks (İrlandiya) – ÇSKA (Sofiya, Bolqarıstan) 0:2
İlk oyun – 1:0

Alkmaar (Niderland) – Dandi Yunayted (Şotlandiya) 7:0
İlk oyun – 0:1

Jil Visente (Portuqaliya) – Riqa (Latviya) 4:0
İlk oyun – 1:1

Kişvarda (Macarıstan) – Molde (Norveç) 2:1
İlk oyun – 0:3

Yanq Boyz (İsveçrə) – KuPS (Finlandiya) 3:0
İlk oyun – 2:0