Konfrans Liqası: Medvedevlə Qarayev ən dəqiqlər arasında

UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunun statistik göstəriciləri açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Qarabağ”ın iki oyunçusu ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında yer alıb. Maksim Medvedev və Qara Qarayev Bakıda “Omoniya” (Kipr) ilə matçda 83 dəqiq ötürmə ilə yadda qalıb. Onlar bu göstəricidə yalnız Danimarka “Randers”inin üzvü Lasse Berqdən (92) geri qalırlar.

“Qarabağ” – “Omoniya” matçı 2:2 hesabı ilə başa çatıb.