Konfrans Liqası: “Volfsberger” və “Viborq” pley-offda

Bu gün Avropa Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları start götürüb.

Komanda.az xəbər verir ki, ilk gündə iki oyun keçirilib.

Malta və Farer adaları təmsilçiləri rəqiblərini doğma arenada qəbul edib. “Volfsberger”lə “Viborq” səfərdə qazandıqları qələbə sayəsində növbəti mərhələyə vəsiqəni təmin ediblər.

Mərhələnin digər qarşılaşmaları avqustun 10-11-də keçiriləcək.

Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

9 avqust

Qzira Yunayted (Malta) – Volfsberger (Avstriya) 0:4
İlk oyun – 0:0

B36 Torshavn (Farer adaları) – Viborq (Danimarka) 1:2
İlk oyun – 0:3