“Qələbəyə yaxın idik, amma bu, baş verməyəcəkdi” – Lopeteqi

UEFA superkubokunda “Bavariya”ya 1:2 hesabı ilə məğlub olan “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi oyundan sonra açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssis, futbolçuları ilə qürur duyduğunu bildirib:

“Qələbəyə yaxın idik, amma bu, baş verməyəcəkdi. Oyunda üstünlük əldə edərək, “Bavariya”ya qalib gələcəyimizə inanırdıq, son beş ilin ən yaxşı komandalarından birini məğlub etməyin başqa yolu yox idi. Təəssüf ki, fürsətimizdən yararlana bilmədik. Komandayla, göstərdiyimiz xarakterlə, cəhdlərimizlə qürur duymalıyıq. Təəssüf ki, kuboksuz qayıdırıq, amma etdiyimiz işlər üçün fəxr edə bilərik. Artıq çətin də olsa, bu oyunu unudub, La Liqaya köklənməliyik”.