“Komandanı layiq olduğu yerlərə gətirməyə çalışacam” – “Neftçi”nin yeni baş məşqçisi

“Neftçi”nin yeni baş məşqçisi Laurentsiu Regekampf mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis “Neftçi”yə keçidi ilə bağlı fikirlərini bildirib və hədəflərini açıqlayıb:

“Hamını salamlayıram, bura gələnlərə təşəkkürümü bildirirəm. “Neftçi”yə keçidimdə əməyi keçən hər kəsə minnətdaram.

Komandanı layiq olduğu yerlərə gətirməyə çalışacam. UEFA Konfrans Liqasında uğur qazanmaq istəyirik. Eyni zamanda, ölkə çempionluğu uğrunda mübarizə aparacağıq. Asan olmayacağını bilirik”.

46 yaşlı mütəxəssis Konfrans Liqasındakı ilk oyuna kimi hazır olmaq istədiklərini deyib:

“Milli komandanın oyunçuları hələ düşərgəyə qoşulmayıblar. Bir neçə gün sonra bizimlə bərabər olacaqlar. Digər futbolçular isə komanda ilə hazırlıqda iştirak edir. İyulun 1-dən ölkə xaricində təlim-məşq toplanışına başlayacağıq. Orada hamı bizə qoşulacaq. Bura vaxtdan şikayətlənmük üçün gəlməmişəm. Vaxtla bağlı hər zaman çətinlik olur, çünki zaman sürətlə keçir. Əminəm ki, Konfrans Liqasının ilk matçınadək komanda hazır olacaq”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button