“Komandamızın oyunundan razı qaldım” – Yunis Hüseynov

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyunundan danışıb.

Komanda.az xəbər verir ki, o, 3:4 hesabıyla uduzduqları matçdan sonra bunları söyləyib:

“Yoxlama oyununda hesabın o qədər də böyük əhəmiyyəti yoxdur. Bu gün komandamızın taktiki və fiziki hazırlığına diqqət yetirdik. Səhvlərimizin üzərində çalışacağıq. Lakin deyə bilərəm ki, komandamızın oyunundan razı qaldım. Yeni oyunçularımız tam olaraq hazır olmasalar da, bu gün yaxşı təsir bağışladılar. İnanıram ki, “Sumqayıt”la oyuna qədər tam olaraq hazır olacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button