“Komandamızın nə qədər güclü olduğunu bilirik” – “Liverpul”un futbolçusu

İngiltərənin “Liverpul” klubunun futbolçusu Fabinyo Çempionlar Liqasının bu gün keçiriləcək püşkatma mərasimi ilə bağlı açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, geridə qalan mövsümdə “Liverpul”un heyətində turnirin qalibi olan braziliyalı futbolçu, püşklə bağlı bunları deyib:

“Çempionlar Liqası xüsusi bir turnirdir. Turnirin qalibi olduğumuz üçün bu dəfə kimlərə qarşı oynayacağımızla bağlı gözləntilər çoxdur. Millinin matçları ilə bağlı yaranan fasilədən sonra həftəiçi oyunlarla birlikdə sıx qrafikimizin olacağını bilirik, amma bunu sevirik. Çempionlar Liqasının son qalibi olduğumuz üçün bu dəfə digər komandalar bizə daha çox diqqət ayıracaqlar.

Yeni mövsümdə turnirdəki rəqabət üçün həyəcanlanırıq. Komandamızın nə qədər güclü olduğunu bilirik. Hər zaman olduğu kimi, çox və inamla çalışmalıyıq”.

Fransanın Monako şəhərində keçiriləcək püşkatma saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button