Lövdən Şvaynştaygerlə bağlı açıqlama

Almaniya millisinin baş məşqçisi Yoahim Löv cari mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan Bastian Şvaynştaygerlə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, futbolçunun hər zaman millidə yerinin olacağını bildirib:

“Komandamızda hər zaman Şvaynştaygerə yer var. Onun bundan sonrakı planlarını bilmirəm, amma o, məşqçi ola bilər. Onun karyerasını bitirməsi ilə Almaniya futbolu görkəmli şəxsiyyətlərindən birini itirdi. O, futbol tariximizdəki ən möhtəşəm futbolçulardan biridir. O, hər zaman sona qədər mübarizə aparır. Qalib gəlmək istəyi onun hərəkətlərində özünü göstərir. Onu yaxşı tanıyıram, hər zaman dürüst, səmimi və azarkeşlər üçün həssas olan biridir”.

Hazırda “Çikaqo Fayr”da oynayan Şvaynştayger, 121 dəfə Almaniya millisinin uğurları üçün çalışıb.