“Komandamdan narazı deyiləm” – Yunis Hüseynov

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 55 yaşlı mütəxəssis 1:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Azərbaycan xalqını torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edirəm. “Zirə” ilə oyun maraqlı alındı. Bura qələbə üçün gəlmişdik. İkinci hissədə üstün tərəf biz idik, qol imkanları da yaratdıq. Amma fürsətlərdən yararlana bilmədik.

İki oyunçumuz xəstələnmişdi. Hücuma meyilli oyunçulardan ikisi zədəli idi. Sağ və sol müdafiəçilər yarımmüdafiə mövqeyində çıxış edirdilər. Komandamdan narazı deyiləm. Öz səhvlərimizdən qollar buraxdıq.

Qışda bizdə də dəyişiklik olacaq. Çalışacağıq ki, hücum xəttini gücləndirək. Qol vurmaqda çətinlik çəkirik.

Sezar Meza Kolli topla oynayan futbolçudur. Top onda olanda təhlükə yarada bilir. Bu gün onun oyunundan narazı qalmadım. Onu başa düşən futbolçu olsa, hər şey daha yaxşı olacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button