“Çelsi”də qala da bilərəm” – Villian

İngiltərənin “Çelsi” klubunun futbolçusu Villian açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar”la müqaviləsi mövsümün sonunda başa çatacaq 31 yaşlı futbolçu, çempionatdakı hədəflərindən və klubdakı taleyindən danışıb:

“Özümü yaxşı hiss edirəm. Hazırlıq üçün bir ay vaxtımız oldu. Yaxın pillələrdə olduğumuz komandaların ilk 4-lükdə qərarlaşmaq üçün qalib gəlmək istədiklərini bilirik. Buna görə də, davam etməli və öz işimizi görməliyik.

Komandadan getməli olsam, mövsümü yaxşı bitirərək ayrılmaq istəyirəm. “Çelsi”də qala da bilərəm. Bu barədə heç nə bilmirəm, amma indi istədiyim yaxşı oynamaq və “Çelsi”nin mövsümü ilk 4-lükdə bitirməsidir”.