Komanda yoldaşı ilə zarafat etdi, 6 oyunluq cəza ala bilər FOTO

İngiltərə Futbol Federasiyası “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı cəzalandıra bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, buna səbəb 25 yaşlı futbolçunun komanda yoldaşı Benjamin Mendiyə ünvanlandığı “tvit” olub. Silva, qaradərili Mendini şokolad fıstığı istehsalı ilə bağlı olan İspaniya markalarından birinin maskotu ilə müqayisə edib. Bu paylaşımı irqçi hesab edən federasiya, məsələylə bağlı araşdırmalara başlayıb.

Bu paylaşıma görə futbolçunun 6 oyunluq cəza ala biləcəyi bildirilir. Silva bu iddialara oktyabrın 9-dək cavab verməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button