“Bunun üçün vaxt lazım olacaq” – Lempard

İngiltərə Premyer Liqasının ilk turu çərçivəsində “Brayton”a 3:1 hesabı ilə qalib gələn “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lempard, yeni transferlərdən və oyundan razı qaldığını bildirib:

“Timo Vernerdən məmnun qaldım, onun komandaya verəcəyi faydanı bilirəm. Komanda vaxt keçdikcə daha yaxşı vəziyyətdə olacaq. Bu, bizim ilk oyunumuz idi və komanda olaraq sadəcə dörd gün birlikdə ola bilmişik. İlk oyununu keçirən iki futbolçumuz vardı və yaxşı yadda qaldılar. Hazırda istədiyimiz yerdə və vəziyyətdə deyilik, bunun üçün vaxt lazım olacaq”.