“Komanda qətiyyətini göstərdi” – Murad Musayev

Misli Premyer Liqasında 2-ci turun “Zirə” – “Sabah” oyunundan (1:3) sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, o, oyunun döyüşkən getdiyini deyib:

“Çox döyüşkən oyun alındı. Komanda qətiyyətini göstərdi. Hər iki tərəf hücumlar etdi. Oyun intizamımızı itirmədik və bunun sayəsində qələbə qazandıq. Bir komanda şəklində və nizam-intizamlı oynamağımız həlledici oldu”.

Mehri Qurban