“Komanda belə davam etsə, mən də…” – Luis Suares

“Barselona”nın hücumçusu Luis Suares, Çempionlar Liqasında “Lion”u məğlub etdikləri oyundakı penalti epizodunu dəyərləndirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı forvard, penalti epizodunda “Lion”un müdafiəçisi Ceyson Denayerin onun tarazlığını pozduğunu deyib:

“Denayerin üstündən atılmaq istədim, ancaq olmadı. Bir az tarazlığımı pozdu. Hakim qərarını verdi, elə, ya da belə.

Hücumçular qolla yaşayır, mən də qolla yaşayan biriyəm. Komanda belə davam etsə, mən də qol vuraram. Ancaq bəxtimin də gətirməsi lazımdır”.

“Barselona” “Lion”u cavab oyununda 5:1 (ilk oyun 0:0) hesabıyla məğlub edərək, ÇL-də 1/4 finala yüksəlib.