Koku üçün İngiltərə iddiası

İngiltərənin “Derbi Kaunti” klubunda Frenk Lempardın komandadan ayrılacağı təqdirdə, boş qalan baş məşqçi postuna əsas namizəd bəlli olub.

Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisi komandanın “sükan”ını Filip Kokuya tapşırmaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Kokunun da İngiltərədə işləməyə müsbət yanaşdığı bildirilir.

Hazırda “Derbi Kaunti”ni çalışdıran Lempardın “Çelsi”yə keçəcəyi gözlənilir.

Koku son olaraq Türkiyənin “Fənərbaxça” komandasını çalışdırıb.