Klubsuz qalan Balotelliyə təklif: İldə 4 milyon avro

Son olaraq Fransanın “Marsel” klubunda çıxış edən və hazırda klubsuz olan Mario Balotelli karyerasını Braziliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Flamenqo” 28 yaşlı futbolçunun xidmətində maraqlıdır. Braziliya klubu italiyalı futbolçuya ildə 4 milyon avro olmaqla, 2,5 illik müqavilə təklif edib.

Bir müddət əvvəl futbolçunun “Verona”nın transfer hədəfində olduğu bildirilirdi.

Balotelli “Marsel”ə bu ilin yanvarında “Nitsa”dan keçmişdi. O, “Marsel”də iştirak etdiyi 15 oyunda 8 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button