Klublararası dünya çempionatının püşkü atıldı

2022-ci ildə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk 3 mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.

UEFA Çempionlar Liqasının son qalibi olan “Çelsi” (İngiltərə) və Libertadores Kubokunun son sahibi “Palmeyras” (Braziliya) mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.

Birinci mərhələ

  1. Əl-Cəzirə (Birləşmiş Ərəb Əmirlikləri) – Oklend Siti (Yeni Zelandiya)

İkinci mərhələ

  1. Əl-Hilal (Səudiyyə Ərəbistanı) – Əl-Cəzirə/Oklend Siti
  2. Əl-Əhli (Misir) – Monterrey (Meksika)

Yarımfinal

  1. Palmeyras (Braziliya) – 3-cü matçın qalibi
  2. 2-ci matçın qalibi – Çelsi (İngiltərə)

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq klublararası dünya çempionatına gələn il fevralın 3-də start veriləcək. Turnirin final görüşü, eləcə də 3-cü yer uğrunda oyun 12 fevralda baş tutacaq.