Klublar üçün yardım fondu yaradıldı

Niderland Futbol Federasiyası koronavirus səbəbindən maliyyə problemi yaşayan klublara dəstək olmaq üçün yardım fondu yaradıb.

Komanda.az xəbər verir ki, bu barədə federasiyanın saytı məlumat yayıb.

Bildirilib ki, pandemiya səbəbindən bütün çempionatlar dayandırıldığı üçün həm peşəkar, həm də həvəskar klublar iqtisadi cəhətdən çətin duruma düşüblər. Buna görə yaradılan fonda milli komandanın üzvləri və liqa sponsorları ümumilikdə 11 milyon avro yardım ediblər.

Yığılan məbləğin ehtiyacı olan peşəkar və həvəskar klublar arasında bölüşdürüləcəyi bildirilib.