“Klubla müqaviləmi yeniləmək istəyirəm, amma…” – Modriç

“Real”ın futbolçusu Luka Modriç komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, “kral klubu”nda qalmaq istədiyini bildirib:

“Real”da qalmaq istəyərdim, bura mənim evimdir. Klubla müqaviləmi yeniləmək istəyirəm, amma bu, məndən asılı deyil. Hər şey klubdan və baş məşqçidən asılıdır. Oynamayacağım halda burda qalaraq, kluba yük olmaq istəmirəm. Ailəm də bu şəhərdə qalmaqdan razıdır və karyeramı bitirdikdən sonra da burda qalmaq istəyirlər. İndi qərar verməli olsaydım, karyeramı “Real”da bitirərdim”.

2012-ci ildən “Real”da çıxış edən Modriçin klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.