Klubdan elə bir şeyə görə qovulub ki…

Fransanın “Lion” klubu sabiq futbolçusu Marselo ilə qeyri-adi səbəbə görə yollarını ayırıb.

Komanda.az “sports.fr”-yə istinadən xəbər verir ki, buna 35 yaşlı braziliyalı müdafiəçinin 2021-ci il avqustun 15-də “Anje”yə 0:3 hesabı ilə uduzduqları 2-ci tur oyunundan sonrakı hərəkəti səbəb olub.

Belə ki, paltardəyişmə otağında havanı korladığı üçün Marselonun klubla müqaviləsi ləğv edilib. Bununla yanaşı, məğlub olmalarına baxmayaraq, o, komanda yoldaşlarına da gülüb. Klubun idman direktoru Juninyo Pernambukano bu hərəkətlərə görə onu komandadan uzaqlaşdırıb.

“Lion” rəsmi açıqlamada qərarın yekdilliklə qəbul edildiyini və futbolçunun paltardəyişmə otağında qeyri-etik hərəkət etdiyini bildirmişdi.

Marselo yanvarın 28-də “Bordo”ya transfer edilib.

O, 2016/2017 mövsümündə Türkiyənin “Beşiktaş” klubunun formasını geyinib.