Klub rəsmisindən hökumətə etiraz: “Bu, onların səlahiyyətində deyil”

İtaliyanın “Latsio” klubunun idman direktoru İqli Tare koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, liqa ilə bağlı qərarın hökumətə aid olmadığını bildirib:

“Hökumətin A Seriyasını tamamlamamaqla bağlı qərar verəcəyini eşitdim, amma bu, onların səlahiyyətində deyil. FİFA və UEFA liqaları oynanılaraq, yekunlaşdırmaq lazım olduğunu bildirdilər. Çempionatı iyun ayında davam etdirib, iyul-avqust aylarında tamamlaya bilərik. Bu mövsümü bitirmək növbəti mövsümü keçirə bilmək üçün bizə təcrübə qazandıracaq. Bu pandemiyanın İtaliyanın ən böyük üçüncü sənayesi olan futbola verdiyi zərəri hər kəs gördü.

Pandemiya zamanı ilk hərəkətə keçib, fəaliyyəti dayandıran klub biz idik. Toplaya biləcəyimiz 36 xalımız var. Liqalar bərpa olunmalıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button