“Barselona” rəsmisindən açıqlama: Dembele qalır?

“Barselona” komandadakı gələcəyi müzakirə edilən Osman Dembele ilə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Kataloniya klubunda qalacaq. Bu barədə klubun idman direktoru Ramon Planes məlumat verib. O, “Mançester Yunayted”in transfer hədəfində olduğu deyilən futbolçu ilə bağlı bunları deyib:

“Dembele üçün “Mançester Yunayted”lə danışıqlar aparmırıq. Ona çox güvənirik və bu mövsüm ən yaxşı oyununu göstərəcəyinə ümid edirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button