Klub prezidenti təsdiqlədi: Balotelli ayrılır

“Breşiya” klubunun futbolçusu Mario Balotelli ilə yollarını ayıra biləcəyini xəbər vermişdik.

Komanda.az “TeleLombardia”ya istinadən xəbər verir ki, məsələylə bağlı açıqlama verən klubun prezidenti Massimo Çellino, Balotellinin ayrılığını təsdiqləyib:

“Balotelli məsələsi çox böyüdüldü və futbol adına danışılacaq bir şey qalmadı. O, qəribə bir insandır, fikri bizimlə deyil. Onun komandadan gedişini qəbul etmişəm. O, artıq karyerasında etdiyi hərəkətlərlə fərqlənmir. Balotelli növbəti mövsüm azad agent olacaq.

Onu sadəcə media üçün almamışdıq, meydanda bizə fayda verəcəyinə inanmışdıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button