Klub prezidenti faciəvi şəkildə öldü

Gürcüstanın “Zestafoni” futbol klubunun təsisçisi və prezidenti, biznesmen İlia Kokaya faciəvi şəkildə ölüb.

Komanda.az xəbər verir ki, o, Qudauri kurortu yaxınlığında Dedaena zirvəsinə qalxarkən yıxılıb.

Başından xəsarət alan klub rəhbəri hadisə yerindəcə vəfat edib. Kokaya ilə zirvəni fəth etməyə yollanan iş adamı Levan Muşkudiani əraziyə xilasedicilər çağırıb.

65 yaşlı Kokaya təcrübəli alpinist olub.