Kloze rəsmən “Bavariya”da

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hansi Flikin yeni köməkçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi sabiq hücumçusu Miroslav Klozeni əsas komandada köməkçi-məşqçi vəzifəsinə gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

41 yaşlı Polşa əsilli forvard “Bavariya” ilə 1 illik müqaviləyə imza atıb. Amma o, vəzifəsinin icrasına iyul ayının 1-dən etibarən başlayacaq.

“Bavariya” Flikin digər köməkçisi, 31 yaşlı Denni Röl ilə müqavilənin müddətinin də 2023-cü ilin yayına kimi uzadıldığını açıqlayıb.

Qeyd edək ki, Kloze Fliklə Almaniya yığmasında birgə çıxış edib. 2007/08 mövsümünün əvvəlində “Verder”dən “Bavariya”ya transfer olunan hücumçu, 4 il Münhen klubunun uğurları üçün çalışıb. O, bu komandada 98 çempionat oyununa çıxıb, 24 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button