Kloze “Bavariya”ya qayıtdı

Almaniyanın “Bavariya” klubunun U-19 və U-17 komandalarına yeni məşqçi təyinatları olub.

Komanda.az xəbər verir ki, 19 yaşlı futbolçulardan ibarət komandanı Martin Demiçelis, 17 yaşlılardan ibarət komandanı isə Miroslav Kloze çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Demiçelis 2003-2010, Kloze isə 2007-2011-ci illər aralığında “Bavariya”da çıxış edib.