“Bunun mənası yoxdur” – Klopp

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, “qırmızılar”ın transfer etməməsi ilə bağlı tənqidlərə fikir bildirib:

“Başqaları yeni futbolçular alırlar, ona görə də, biz bunu etməməliyik. Bunun mənası yoxdur. Hazırkı heyətimizə baxanda, yeni futbolçuya ehtiyacımızın olduğunu necə demək olar? İnsanlar bunu deyərlər, çünki bizim Sadio Maneni, Məhəmməd Salahı əvəzləyən futbolçuya ehtiyacımızın olduğunu düşünürlər. Amma bizim belə futbolçularımız var. İnsanlar digər klubların və ya ölkələrin futbolçularının bizimkilərdən yaxşı olduğunu düşünürlər. Amma bunu heç bir sübut olmadan deyirlər, çünki həmin futbolçular İngiltərədə oynamayıblar.

Bu, yeni bir əşyanın əlimizdə olandan daha yaxşı görünməsinə bənzəyir. Məsələn, öz maşınınız çox yaxşıdır, amma yenisini bəyənirsiz və alırsız. İki həftə sonra isə o xarab olur. Yeni maşın yaxşı görünsə də, o qədər də keyfiyyətli olmadığı üzə çıxır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button