Klopp mövsümün ən yaxşısı seçildi

Futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Liverpul”u çalışdıran Yurgen Klopp geridə qalan mövsümün ən yaxşı məşqçisi elan olunub.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Qalib azarkeşlər və futbol ekspertləri arasında aparılmış sorğu nəticəsində müəyyənləşib.

Xatırladaq ki, Klopp ikinci dəfə Premyer Liqada mövsümün ən yaxşı məşqçisi seçilib. 2021/22 mövsümündə onun komandası Premyer Liqanı 2-ci pillədə başa vurub. “Liverpul”u qarşıda Madrid “Real”ı ilə UEFA Çempionlar Liqasının final matçı gözləyir.